UEFA “Qarabağ”ı belaruslara tapşırdı (FOTO)

73330Qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq

Avropa Liqasının qrup mərhələsi çərçivəsində oktyabrın 2-də keçiriləcək “İnter” – “Qarabağ” oyununa təyinatlar açıqlanıb.

ANS PRESS-in məlumatına görə, UEFA matçı belaruslu hakimlərə tapşırıb.

Qarşılaşmanın baş hakimi Aleksey Kulbakov olacaq. Ona Dmitri Juk və Andrey Hetsikau yardım edəcək. Dördüncü hakim Oleq Maslianka, əlavə hakim köməkçiləri funksiyasını Sergey Tsinkeviç və Dzianis Şkarbaku yerinə yetirəcək.

UEFA nümayəndəsi portuqaliyalı Joze Guilherme Aquyar, hakim-inspektor belçikalı Frank De Bleekere olacaq.

 

95f5ea5f666e

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR