Ukrayna Rusiya ilə öz arasında “Çin səddi” çəkir

img1632915Ukrayna Rusiya ilə sərhədin nəzarət elədiyi hissəsində güclü mühəndis maneələri və istehkam sistemi qurmağa başlayıb.
Musavat.com-un məlumatına görə, bu barədə antiterror əməliyyatının mətbuat xidmətindən bildirilib.
“Prezident Poroçenkonun əmri əsasında sərhədin müəyyən hissələrinə ilk növbədə vacib olan mühəndis maneələri və istehkam sisteminin qurulmasına start verilib”, – deyə məlumatda qeyd edilir.
Xəbərə görə, iki cür müdafiə xətti yaratmaq planlaşdırılır: “İşin əsas hissəsi 1500 km-lik xəndəklər və rabitə əlaqələrindən, texnika üçün 8 mindən çox səngərdən, 4 mindən çox blindaj və 60 km-lik partladıla bilinməyən maneədən ibarətdir”.
Xatırladaq ki, sentyabrın 3-də Ukraynanın baş naziri Arseni Yasenyuk bəyan eləmişdi ki, Kiyev Rusiya ilə Ukrayna arasında “divar” ucaltmağı planlaşdırır.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR