UNİBANK-ın müştərisi “Qafqaz Hüquq Mərkəzi”ndən kömək istəyir

“Qafqaz Hüquq Mərkəzi”nin Baş direktoru Cənab Mahmud Tağıyevə Bakı şəhəri,Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Şuşınski küc., A 1 yataqxana, ev 21-də qeydiyyatda olan, faktiki Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küç., bina 15 V,mənzil 18-də yaşayan Nəsibov Həmid Mədət oğlu tərəfindən

                                                           MÜRACİƏT

Hörmətli Mahmud müəllim! Məlumunuz edirəm ki, 09 fevral 2008-ci il tarixdə, Bakı şəhərində yaşayan qaynım  mənə zəng edərək bildirmişdir ki,dostu Sahil  “Mersedes Benz” markalı avtomaşın almaq istəyir.  Sahilin daimi iş yeri olmadığına görə, həmin avtomaşını mənim adıma almağa gərarlaşdırmışlar. Mən Sahilin mənə verdiyi vədlərə inanaraq, razılıq verdim ki,həmin avtomaşın mənim adıma alınsın və “Unibank”-da mənim adıma girov müqaviləsi bağlanılsın. Sahil məni əmin etdi ki, vaxtı-vaxtında bankın pulları ödəniləcək, və səni heç kim,heç vaxt narahat etməyəcəkdir. Beləliklə, mən “Unibank”-a gedərək orada 09 fevral 2008-ci ildə “Girov müqaviləsi” imzalamışdım.Girov müqaviləsinə əsasən, mən , bankdan 23.800 manat məbləğində pul götürmüşdüm. Götürdüyum pulları 24 ay ərzində banka qaytarmalı idim.

Bankla mənim tərəfimdən imzalanmış razılaşmaya əsasən maşının qiyməti 34.000 manat dəyərləndirilmişdir. Bundan sonra mən, Bakı şəhər sakini olan Sahilə mülki etibarnamə vermişdim. Həmin etibarnaməyə əsasən, mənim əvəzimə banka pul Sahil aybaay ödəməli idi. Bu minvalla Sahil 2008-ci ilin fevral ayından başlayaraq vaxtı-vaxtında bankın pulunu,yəni aylıq pulunu və faizlərini ödəməyə başlamışdır.Bundan 5 ay keçdikdən sonra Sahil mənə bildirdi ki, onun idarə etdiyi maşını qaçırıblar.

Maşının tapılması üçün o hüquq-mühafizə orqanlarına müraciət etdiyinidə mənə bildirmişdsir. Bildiyimə görə bir neçə vaxtdan sonra maşın oğruları tutularaq məhkəməyə verilmişlər. Xətai rayon məhkəməsi həmin ogrular barəsində həbs-qəti imkan tədbiri seçmişdir. Məhkəmə tərəfindən “Unibank”-a dəyən ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmuşdur.

Bildiyimə görə, girovda olan “Mercedes” markalı maşın,bank tərəfindən dərhal da sığortalanmışdır. Belə hesab edirəm ki, “Unibank” hər halda ona dəyən ziyanı tamamilə almışdir.Bu hadisədən təxminən 5 ilə yaxın vaxt keçdikdən sonra, Sabunçu rayonu icra məmuru məni yanına çağıraraq, 2009-cu ilin yanvar ayının 23 Sabunçu rayon məhkəməsi tərəfindən çıxarılmış qiyabi qətnamə ilə tanış etmişdir. İcra məmuru Ağamirzə qətnamə ilə məni tanış edərək, oğurlanmış avtomobil hərrac yolu ilə 3.400 manata satıldığını bildirmişdir.

Mən ona deyəndə ki, həmin avtomaşının dəyəri 34.000 manat olduğu halda , bunu 3.400 manata neçə satılır,içra məmuru mənə bildirmişdir ki, “bu mənlik deyil,məhkəmə qərar çıxarıb mən icra etməliyəm”.İcra məmuru Ağamirzə mənə demişdir ki,sən mənə 1.000 manat pul versən, mən bu işi yoluna qoyaram. Mən ona bildirdim ki, “maşın oğurlanıb, cinayətkarlar məlumdur və cəzalarını alıblar.Bundan başqa banka dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilib. Belə olan halda mən nəyə görə sənə bu pulu verməliyəm?! Bu söhbətdən sonra Ağamirzə mənimlə daha heç bir əlaqə saxlamamışdır. Mənə 2014-cü ilin avqust ayının əvvəllərində «Baku Collecting Agency»dan zəng olunmuşdur və bildirmişdilər ki , mənim “Unibank”-a 19.500 manat borcun qalmışdır. Agentliyin əməkdaşı Nizami ilə görüşümüzdə, ona bildirdim ki, mənim bu işdə ancaq adım gedir,mənim pullardan və onunla əlaqədar işlərdən xəbərim yoxdur.

Onlara Sahil ilə əlaqə saxlamağı bildirmişdim. Onlar Sahil ilə əlaqə saxladıqdan sonra, Sahilə təklif etmişlər ki,banka olan 18.921 manat borcun 8.921 manatı bank tərəfindən bağışlanmasına nail olacaqlar.Şirkətin əməkdaşları Sahili inandırmağa çalışmışlar ki, yerdə qalan 10.000 manatın – 4.000 manatını bir həftə ərzində ödəsə, yerdə qalan 6.000 manat 2014-cü ilin sonuna kimi ödəyə bilər və bundan sonra Nəsibov Həmidin banka heç bir öhdəliyi olmadığı barədə arayış veriləcəkdir.Cəfərov Sahil Əzizağa oğlu onların şərtləri ilə razılaşmadığına görə, mən “Qafqaz Hüquq Mərkəzi”-nə müraciət etməyə məcbur oldum. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm mənə lazımı hüququ xidmət göstərəsiniz.Məni və mənim yaxınlarımı “«Baku Collecting Agency»nin əməkdaşları tərəfindən narahat etməmələri üçün tədbirlər görəsiniz”.

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az ) 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR