Vətəndaş təhsil nazirindən kömək istəyir

mikayil_cabbarov_200513

Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarova

Şamaxı rayon Sabir qəsəbəsində yaşayan, dörd uşaq atası, 2-ci qrup hərbi əlil, ehtiyatda olan mayor Mahmudov Süleyman Əhmədağa oğlu tərəfindən

                                                                                           Şikayət ərizəsi

 Cənab Nazir !

Mən 2-ci qrup hərbi əlil ehtiyatda olan mayor Mahmudov Süleyman Əhmədağa oğlu Şamaxı rayon Sabir qəsəbəsində anadan olmuşam. Azərbaycanlıyam.

18 il həqiqi hərbi xidmətdə olmuşam. Müdafiə Nazirliyinin bir çox hərbi  hissəsində müxtəlif vəzifələrdə xidmət etmişəm. Xidmət müddətində hərbi hissə komandiri tərəfindən bir çox fəxri fərmalarla təltif olunmuşam. Hal-hazırda ehtiyatda olan hərbi qulluqçuyam.

Dəfələrlə Şamaxı şəhər təhsil şöbəsinə müraciət etmişəm, mənim müraciətimə baxan yoxdur, yaşlı müəllimləri hərbi rəhbər vəzifəsinə təyin edirlər, mən mütəxəssis olmağıma baxmayaraq, məni eşidən yoxdur, eyni zamanda qeyd etmək istəyirəm ki, həyat yoldaşım da ibtidai sinif müəlliməsidir, onu da  işlə təmin etmirlər. Mən hərbi əlil, 4 uşaq atası məcbur qalıb, Sizə müraciət edirəm. Qeyd etmək istəyirəm ki, Siz vətəndaşlara qayğı göstərməyinizə baxmayaraq, Şamaxı rayon təhsil şöbəsinin rəisi Eyvaz müəllim  Şamaxıda sizin əmrləri yerinə yetirmir. Hərbi əlilə qanuna müvafiq olaraq qayğı və güzəştlər etmir. Hərbi bilik və bacarığı olmayan şəxsləri vəzifəyə təyin edir, bu istiqamətdə marağı nədir, o mənə çox qaranlıq qalır. Bu haqsızlığın və təhsilə vurulan zərbənin araşdırılmasına da ehtiyac olduğunu zənn edirəm.

Cənab Nazir !

Sizdən xahiş edirəm ki, həyat yoldaşımın ibtidai sinif müəlliməsi təyin olunmasına və mənim Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Gənclərin ibtidai hərbi hazırlıq Əsasnaməsinin təsdiq edilməsi haqqında 29 may 1998-ci il  119 № li Qərarının  5-ci bəndini rəhbər tutaraq (Hərbi rəhbərlərin hazırlanması və təhsil müəssisələrində yerləşdirilməsi) Şamaxı rayonunda yerləşən məktəblərdən birində hərbi müəllim kimi müvafiq işlə təmin edilməyimə köməklik edəsiniz.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az )

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR