Xalq artisti bağında delfin saxlayır (FOTO)

73454Səməd Səmədov bunu mediadan gizli saxlasa da…

Xalq artisti Səməd Səmədov bağında delfin saxlayır.

ANS PRESS-in məlumatına görə, delfini ona rəhbərlik etdiyi “Qismət” qrupu hədiyyə edib.

Qrupun solisti Tural Məmmədov delfini xalq artistinin ad gününə hədiyyə etdiklərini deyir: “Ad günü ərəfəsində qrupdakı uşaqlarla Səməd müəllimə nə hədiyyə edəcəyimizi fikirləşdik. Belə qərara gəldik ki, ona delfin alaq. Özü dəfələrlə bizə demişdi ki, müxtəlif itlərim olub, amma delfin arzusundayam. Biz də 10 000 manatımızdan keçib Səməd müəllimin bu arzusunu gerçəkləşdirdik.”

Turalın sözlərinə görə delfin bala olduğundan Səməd Səmədov medianın bunun mətbuata sizmağını qəti istəmir. “Amma belə bahalı hədiyyəni gizlətməyə məncə dəyməz. Səməd müəllim delifini Fatmayidəki bağında saxlayır”- deyə Tural bildirib.

17b16a20b8d4124ce7db3d73d601a2f26f40

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR