Zaqatala “Regionalqaz”ın rəisi Osman Beybutov nə düşünür?

ekber-haciyev

Biz dəfələrlə tanınmış yazar-şairə Tahirə Sultanın müraciəti əsasında Balakən Qaz Xidmət Sahəsinin rəisi Asim Məmmədovu əməllərindən yazmışıq.Tahirə Sultanın verdiyi məlumata görə , Balakəndə müştərilərin ünvanına nə az, nə çox 200-300 manatlıq bildirişlər göndərilir. Guya vətəndaş bu məbləğdə qaz işlədib. Axı, bir vətəndaşın az vaxtda 200-300 manatlıq qaz işlətməsi mümkün olan deyil… Həm də maraqlı odur ki, bu rəqəmlər qaz sayğaclarında göstərilmir. Ona görə də hər gün Qaz Sahəsinin qarşısına xeyli narazı insan yığışır. Hörmətli Tahirə xanım Sultan bu gün Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) bildirdi ki, dəfələrlə ərizə ilə müraciət etməyimə baxmayaraq heç bir əsas olmadan mənim də mənzilimin qazını kəsiblər. Tahirə xanım onu da dedi ki, insaf naminə deməliyəm ki, problemin kökü Asim Məmmədovdan əvvəlki rəisin – Azad Əhmədovun vaxtında qoyulub. Sonradan Azad Əhmədov işdən azad edilib. Ən maraqlısı odur ki, saytımıza daxil olan məlumata görə Balakən, Zaqatala, Qax rayonlarını əhatə edən Zaqatala Regional Qaz İdarəsinin rəisi Osman Beybutov bütün bu bıabırçılıqlara seyriçi yanaşır. Vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin sədri Əkbər Hacıyevdən xahiş edir ki, bu biabırçılığa son qoysun.

Sənan Məmmədli

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR