Zəncəfilin faydaları

24040Bir çox xəstəlikərə qarşı müqaviməti artıran, çay olaraq da içilən, arıqlamağa kömək edəcək zəncəfilin faydalarını təqdim edir.

Havaların gah soyuq, gah isti olması bədənin nizamını pozur. İmmunitet sisteminin də zəifləməsi ilə xəstəliklərə asanlıqla yoluxulur. Xəstəliklərlə mübarizə aparmağın əsas yolu immunitet sistemini gücləndirməkdir. İmmuniteti gücləndirən qidalarında başında isə zəncəfil yer alır.

Zəif zərərli bakteriyalara qarşı qalxan rolu oynayır.

Mədə bulantısı, köp, həzm sistemi problemləri, mədə-bağırsaq infeksiyalarına qarşı təsirli olur. Ağciyəri təmizləyən zəncəfil tərləməni artıraraq dərini də gözəlləşdirir. Qan dövranını artırıb xolesterolu aşağı salır. Tənəffüs yolu ilə yoluxulan bakteriyalara qarşı mübarizə aparır.

Xüsusən soyuqdəymə və bununla bağlı olan öskürəyə sakitləşdirici təsiri var.

Təbii aspirin olaraq qanı sulandırır, qan laxtalanmasının qarşısını alır.

Beyinə faydası olan zəncəfil hüceyrələrin funksionallığını artırr.

Bədəndəki itihabın atılmasına kömək edir.

Xərçəngdən qoruyur.

Maddələr mübadiləsini sürətləndirir. Qan şəkərini nizamda saxladığı üçün tox tutur. Maddələr mübadiləsinin yavaşlamasını əngəlləyər və rahat çəki atmağa kömək edir.

Çay kimi içilən zəncəfil həm immmuniteti gücləndirir, həm də arıqlamağa kömək edir. Bal ilə dadlandırılan zəncəfil çayı arıqlatmaqla yanaşı bir çox xəstəliklərə də çarədir.

Zəncəfil, kök və almanı blendrdən keçirib hər səhər acqarına için. Xüsusi enerji verəcək. (ailem.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR