Ailəni boşanmaya aparan 10 SƏBƏB

11412155916

Bəs evliliklərin boşanma ilə nəticələnməsinə səbəb olan əsas amillər nələrdir?
 Qafqaznews.az Ailem.az-a istinadən həmin səbəbləri təqdim edir.
 
Mübahisələrə sərt başlamaq
 
Boşanma xəbərçilərindən ilki sərt başlanan mübahisələrdir. Tərəflərdən birinin çox qəzəbli şəkildə mübahisəyə başlaması, çığırması, qarşı tərəfi alçaldan sözlər işlətməsi getdikcə qızışan mübahisəyə səbəb olur və nəticədə bu halın tez-tez yaşanması cütlüyü boşanmaya qədər aparır.
 
Tənqid və alçaltma
 
Həyat yoldaşı ilə danışarkən “mənimlə bunu etməni istəyirəm” demək yerinə “sən çox eqoistsən” demək, danışarkən ondan yüksək səviyyədəymiş kimi davranmaq çox yanlış hərəkətlərdir.
 
Müdafiə
 
İnsanlar həyat yoldaşından tənqid gördüyündə dərhal özünü müdafiə edər. Bu davranış əslində həyat yoldaşını günahlandırmağın fərqli bir növüdür. Müdafiəyə qalxmaqla əslində “bu, mənim deyil, sənin problemindir” demiş olursuz. Yəni həmişə dikbaşlıq edib özünü müdafiə etmək, qarşı tərəfi günahlandırmaq münasibətin bitməsinə səbəb olur.
 
Divar hörmək
 
Mübahisə zamanı tərəflərdən birinin elə “hə, hə, yox, hə” deməsi, göz təmasından qaçması, səssiz qalması artıq iki tərəf arasında bir divarın hörülməsindən xəbər verir. Divar hörən tərəf əsasən mübahisə zamanı bədənini bürüyən o stressdən xilas olmaq istəyər. Qarşı tərəf isə bundan qıcıqlanır və mübahisəni daha da gücləndirir.
 
Dolma-daşma
 
Mübahisə zamanı adrenalin, qan təzyiqinin artması, ürək döyüntüsünün sürətlənməsi mübahisənin davam etdirilməsinə mane olur. Yəni tərəflər bildiyiniz kimi dolub daşarlar. Bu halda olan tərəf yoldaşı ilə arasında divar hörməyə başlayar.
 
Uğursuz çıxış yolları
 
Mübahisə sonunda bunu unutduracaq bir üzr, ya nəsə yoxdursa, bu, çox hallarda boşanmaya gətirib çıxarır. Münasibətlərindən qane olan xoşbəxt cütlüklərin xoşbəxtliyinin sirri onların hər mübahisə sonunda “üzr istəyirəm, səni incitmək istəmədim” sözlərini çəkinmədən demələridir.
 
Pis xatirələr
 
Boşanmanın digər səbəblərindən biri də cütlüklərin çox sıx-sıx keçmişdə yaşanan pis xatirələri canlandırması, “sən o vaxt belə etmişdin, elə etmişdin”, – deyə qarşı tərəfi günahlandırmasıdır.
 
Sonraya saxlamaq, ya içində yığmaq
 
Cütlüklər bir-birləri ilə bağlı yaşadıqları mənfiləri sonraya saxlayıb üst-üstə yığıldıqdan sonra müzakirə edirlər. Bu da mübahisələrə səbəb olur.
 
Duyğusal uzaqlaşma, qopma
 
Duyğusal uzaqlaşma – tərəflərin əvvəlkindən fərqli olaraq  bir-biri ilə heç nə paylaşmamaları, birlikdə vaxt keçirməmələri, bir sözlə, “biz” olaraq deyil, ayrı-ayrı fərd olaraq hərəkət etmələridir. Xəyanətdə bir nömrəli səbəb olan duyğusal qopma boşanmaya gətirib çıxarır.
 
Qəbul etməmək
 
Tərəflərin bir-birinə yaxın olmaq  əəvəzinə digər tərəfin söylədiklərini qəbul etmək istəməməsi, önəmsəməməsi mübahisələrə səbəb olur. Xüsusən kişilərin bu cür davam etməsi boşanmayla nəticələnir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR