Arif Əsgərovun Rusiyadakı “uzantı”sı

arif_asgerov_241214Nəsrəddin  Ocaqverdiyev  “Dəmir yolu” şefinin  “çirkli  pullarını yumaqla” məşğuldur.

Son  bir ildə “Azərbaycan Dəmir Yolları “ Açıq Səhmdar Cəmiyyətinin  sədri Arif Əsgərovun adı  ölkə  mediasının gündəmindən düşmür. Söhbət təkcə  cənab sədrin özündən getsə idi, bəlkə də  bu dərəcədə təəccüblənməyə dəyməzdi. Ancaq yayılan materiallarda Arif Əsrərovun  özündən başqa yaxın ailə üzvlərinin, xanımının, oğlunun, baldızı oğlunun və digər qohumlarının böyük biznes fəaliyyətindən, üstəlik maliyyə maxinasiyalarından bəhs edilir.

Təkcə, Arif Əsəgrovun adı ilə bağlı olan 48 milyonluq  maliyyə qalmaqalının adını çəkmək bəs edər.

Qafqaz Xəbər Agentliyinə çoxdan məlumdur ki, Arif  Əsgərovun şəxsi biznesinin sərhədləri  bir çox xarici ölkələrə qədər gedib çıxır. Bu ölkələr sırasında Avstriyanın öz xüsusi yeri var.

Bu gün redaksiyamıza  daxil olan məlumat onu təsdiq edir ki, Arif  Əsgərovun  biznes  uzantısı  qonşu Rusiyanın Stavropol vilayətini də əhatə edir. Söhbət  ermənilərin sıx məskunlaşdığı  vilayətdən gedir.

Daxil olan məlumatda  Arif   Əsgərova  yaxın olduğu qeyd edilən  və  Rusiyanın Stavropol vilayətində yaşayan Ocaqverdiyev  Nəsrəddin  Məcid oğlundan bəhs edilir.

Bu şəxs  əsasən Rusiyadan   Azərbaycana, Türkiyəyə, İrana, Əfqanıstana, Pakistana  və  bir çox başqa ölkələrə buğda və taxıl məhsulları  göndərir.

Nəsirəddin  Ocaqverdiyev  qardaş  Türkiyədə milyonlarla dəyəri  olan daşınmaz əmlaka sahibdir. Eyni zamanda qonşu ölkənin

Yessentuki şəhərində  böyük bir  sanatoriya-müalicəxanaya sahibdir. Jeleznavodsk  şəhərində  xeyli sayda yaşayış binaları, Minvodda bir dəyirman və iki elevator alıb. Bu şəxsin biznes fəaliyyətinin xeyli hissəsi Rusiyadakı erməni diasporu ilə bağlıdır. Hətta  ermənilərlə işgüzar əlaqə nəticəsində onlara məxsus  Qafqaz  mehmanxanasına da  sahiblənib. Bundan əlavə Minvod şəhərinin mərkəzi bazarını da alıb. Bu adam kimlərinsə əmlakına sahib olmaq üçün  təkcə puldan istifadə etmir, bəzən  güc metodlarına da əl atır. Və özünü az qala toxunulmaz hesab edir. Bunu isə  arxasında  Arif Əsgərov kimi bir dağın dayanması ilə izah edir.

Nəsirəddin  Ocaqverdiyevin  mal-mülk sahibi olmaq iştahası dayanmaq  bilmir. O, son vaxtlar  müxtəlif  metodlarla Azərbaycanda da xeyli sayda vətəndaşın əmlakını ələ keçirib.

Bu şəxsin  Arif   Əsgərovla xeyli ortaq biznesi var. Hətta belə bir versiya da var ki, Nəsirəddin  Ocaqverdiyev  “Dəmir yolu” şefinin  “çirkli pullarını yumaqla” məşğuldur.

Tamerlan Zeynallı

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR