Azərbaycan millisi yenə uduzdu-VİDEO

fut1

Futbol üzrə Avro-2016-nın seçmə mərhələsində II turun oyunları davam edir. 

AzNews.az xəbər verir ki, Azərbaycan millisi dünən gecə seçmə mərhələdə ikinci matçına çıxıb. 

Berti Foqtsun komandası Palermoda İtaliyanın qonağı olub. İlk oyunda Bakıda Bolqarıstana 1:2 hesabı ilə uduzan millimiz bu görüşdə də eyni hesabla uduzub. Oyunun taleyini italiyalı Kellini həll edib. O, matçda 3 top vuraraq İtaliya komandasına sevinc bəxş edib.

10 oktyabr

“Avro-2016″nın seçmə mərhələsi, II tur

H qrupu

23:45. İtaliya – Azərbaycan 2-1

Qol. Kellini,44, Kellini,76 (avtoqol), 82,
Hakimlər: Hüseyin Göçek, Mustafa Eyisoy, Orkun Aktaş və Serkan Ok
Palermo. “Renzo Barbera” stadionu.

Oyundan sonra mətbuat konfransı keçirən İtaliya millisinin baş məşqçisi Antonio Konte komandasının aşkar üstün olduğunu və Azərbaycan millisinin yalnız müdafiə olunduğunu bildirib: “Azərbaycan bizim qapımıza zərbə endirməyi də bacarmadı. Rəqib təsadüfən vurulan qol sayəsində ümidləndi. Bir neçə qol vəziyyətlərindən yararlana bilmədik. Azərbaycan İtaliyaya müdafiədə “oturmağa” gəlmişdi. Rəqibin qol ümidi standard vəziyyətlər idi. Ancaq heyətində yaxşı futbolçular da var. Şadam ki, ikinci qolu vurduq. Heç-heçə bizim üçün çox pis nticə olardı”.

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts isə bunları deyib: “Qazandığı çətin qələbəyə görə İtaliya millisini təbrik etmək istəyirəm. Müdafiədə iki kobud səhvə yol verdik. Hava toplarındakı səhvlər qapımızdan 2 top buraxmağımıza səbəb oldu. Gənc komandamız üçün belə çıxış yaxşı idi. Son 20 dəqiqədə futbolçularımızda hücumameyilli oynamaq üçün güc qalmamışdı. Belə səhvlərdən dərs çıxarmalıyıq. Standard vəziyyətlərdə belə səhvlərə yol verməməliyik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR