Bankomatı partladan maskalılar oradan cəmi 380 manat aparıb – (Yenilənib 2)

67322_res_01

Bakıda bankomatın partladılması ilə bağlı yeni təfərrüatlar məlum olub.

Virtualaz.org saytı bildirir ki, hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, basqınçılar 3 və ya 4 nəfər olublar. Onlar bankomatın yanına “VAZ-2107” markalı maşınla gəliblər. Amma varlanmaq istəkləri baş tutmayıb. Baqsınçılar bankomatdan cəmi 380 manat aparıblar.

*   *   *11:33

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, maskalı və silahlı şəxslər Üzeyir Hacıbəyov küçəsində yerləşən Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatı partladaraq orada olan pulu da götürüb hadisə yerindən qaçıblar.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

*   *   *10:23

Bakının Bilgəh qəsəbəsində, Qocalar evinin yaxınlığında yerləşən bankomatda partlayış baş verib.

Şahidlərin “Trend”-ə verdikləri məlumata görə, hadisə ötən gecə qeydə alınıb. Hazırda partlayış baş verən ərazi hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb.

Partlayışın hansı səbəbdən baş verdiyi araşdırılır. Hadisə şahidləri, həmçinin ölən və xəsarət alanların olmadığını bildiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR