Bakıda çörəyin içindən “penaplast” çıxdı – FOTO

4Hadisə faciəyə səbəb ola bilərdi.

Bakıda mağazadan alınan çörəyin içərisindən “penaplast” çıxıb.

Oxu.Az xəbər verir ki, Nərmin Hüseynova adlı xanım “penaplastlı çörəyi” Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki mağazaların birindən alıb.

Xanımın sözlərinə görə, nahar etmək üçün aldığı çörəyi təkcə özü yox, həm də ailəsindən olan azyaşlı uşaq da yeyəcəkdi. Xoşbəxtlikdən azyaşlı uşaq çörəyi yeməyib, yoxsa “penaplast” uşağın boğazında qalıb faciəyə səbəb ola bilərdi.

Qeyd edək ki, son zamanlar Azərbaycanda çörəyin içində “skoç”, kafel qırıntısı, hətta tarakan da aşkarlanıb.

Gigiyena və Epidemiologiya Mərkəzinin məlumatına görə isə çörək bişirilməmişdən əvvəl un ələnməlidir. Amma indiki zamanda demək olar ki, əksər çörək sexləri unu ələmədən xəmir yoğurmağa üstünlük verirlər ki, nəticə də göz qabağındadır. Hətta təcrübə göstərir ki, unu ələmədən birbaşa kisə ilə xəmir yoğuran maşına tökürlər.

12

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR