“Barselona”dan “Çorluspor”a

74012Türk komanda bu transferlə bir anda dünya mətbuatının gündəminə düşüb

Türkiyənin aşağı divizionu Tekirdağ Super Həvəskarlar Liqasını yeni klubu “Çorluspor 1947” “Barselona”dan futbolçu transfer edib.

ANS PRESS-in məlumatına görə, türk klubu ispanların uşaq məktəbində yetişmiş Dieqo Almeyda ilə müqavilə imzalayıb.

“Qalatasaray”ın əfsanə futbolçularından olan Savaş Demiralın çalışdırdığı komanda bu transferlə bir anda dünya mətbuatının gündəminə düşüb. Artıq braziliyalı oyunçu ilə müqavilə də imzalanıb.

Klub rəsmiləri Dieqo Almeydanın “Barselona” futbol məktəbinin məzunu olduğunu ifadə ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR