Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ilk matç günündə 4 qrupda 8 qarşılaşma baş tutub.
Günün ən erkən oyunu Moskvada başlayıb. Burada Almaniya klubu MOİK-lə üz-üzə gəlib. Baş məşqçi Xosep Qvardiolanın yetirmələri D qrupunda 2-ci qalibiyətini qazanıb. 22-ci dəqiqədə Tomas Müllerin yeganə qolu münhenlilərə 3 xal qazandırıb.
Gecənin maraqlı oyunlarından biri isə İngiltərədə keçirilib. Mançester şəhərində son ölkə çempionu “Mançester Siti” “Roma”nı qonaq edib. Qrup mərhələsinin ilk turunda evdə Moskva MOİK-ini darmadağı edən (5:1) “canavarlar” növbəti dəfə 3 xal qazanmağa çalışıb. “Şəhərlilər” isə Münhen səfərindəki “Bavariya” məğlubiyyətini (1:0) unutmaq niyyətindədə idilər. Lakin hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar.
Azarkeşlər turun ən maraqlı görüşünü Fransada izləyə biliblər. Son illərin çempionu PSJ 4 dəfə ÇL-nin qalibi olmuş “Barselona”nı sınağa çəkib. Qapılara 5 qolun vurulduğu görüşdə sevinən tərəf meydan sahibləri olub. Parislilər Luis Enrikenin komandasını evə əli boş yola salıblar.
“Çelsi” isə Lissabonda “Sportinq”lə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. Oyunun 34-cü dəqiqəsində Matiçin vurduğu tək qol “zadəganlar”ı sevindirib.
Digər oyunlarda isə APOEL “Ayaks”la, “Şalke” “Maribor”la və “Şaxtyor” “Portu” ilə xalları yarı bölüb. BATE isə evində “Atletik”i 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün baş tutacaq.
Çempionlar Liqası
II tur
30 sentyabr (çərşənbə axşamı)
E qrupu
MOİK – “Bavariya” – 0:1
Qol: Müller, 22-pen
“Mançester Siti” – “Roma” – 1:1
Qollar: Aquero, 4-pen – Totti, 23
Bavariya | 2 | 6 |
Roma | 2 | 4 |
MS | 2 | 1 |
MOİK | 2 | 0 |
F qrupu
APOEL – “Ayaks” – 1:1
Qollar: Manduka, 31-pen – Andersen, 28
PSJ – “Barselona” – 3:2
Qollar: David Luis, 10, Veratti, 26, Matuidi, 54 – Messi, 12, Neymar, 56
PSJ | 2 | 6 |
Barselona | 2 | 3 |
Ayaks | 2 | 2 |
APOEL | 2 | 1 |
G qrupu
“Şalke” – “Maribor” – 1:1
Qollar: Huntelaar, 56 – Bohar, 37
“Sportinq” – “Çelsi” – 0:1
Qol: Matiç, 34
Çelsi | 2 | 4 |
Şalke | 2 | 2 |
Maribor | 2 | 2 |
Sportinq | 2 | 1 |
H qrupu
BATE – “Atletik” – 2:1
Qollar: Polyakov, 19, Karnitskiy, 21 – Aduris, 45
“Şaxtyor” – “Portu” – 2:2
Qollar: Aleks, 52, Adriano, 86 – Martines, 89-pen; 90+4
Portu | 2 | 4 |
BATE | 2 | 3 |
Şaxtyor | 2 | 2 |
Atletik | 1 | 1 |
14 DƏFƏ OXUNUB