Britaniyalı girovun atası İŞİD-ə müraciət etdi (VİDEO)

img1646695
“İraq Şam İslam Dövləti” terror təşkilatının girovluğunda olan britaniyalı jurnalist Con Kentlinin atası terrorçulara müraciət edib. Musavat.com xəbər verir ki, “Sky News” yayıb. Atası İŞİD-dən oğlunu azadlığa buraxmağı xahiş edib.
“Ailəmiz İŞİD-lə əlaqəyə çıxmağa çalışır ki, Conla bağlı vacib məlumatı paylaşsın” – hazırda xəstəxanada olan Pol Kentli bildirib.
Jurnalistin atası qeyd edib ki, hələlik qruplaşmadan reaksiya gəlməyib.
Qeyd edək ki, Con Kentli bir müddət əvvəl videomüraciətində bildirmişdi ki, 2012-ci ilin noyabrında girov götürülüb. O, girov düşməzdən əvvəl Böyük Britaniyanın qəzet və jurnallarında, o cümlədən, “Sunday Times”, “Sun” və “Sunday Telegraph”da çalışıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR