Davudoğlu: “Ağlınızı başınıza yığın!”

1412318536Türkiyənin Baş naziri Əhməd Davudoğlu Suriya ilə münasibətdə Türkiyənin qəddar davranması iddialarını səsləndirənlərə sərt cavab verib.

Axar.az xəbər verir ki, Türkiyənin minlərlə suriyalıya qapılarını açdığını xatırladan Davudoğlu ölkəsinin müharibə deyil, sülh istədiyini dilə gətirib:

“Türkiyə sülh ölkəsi olmasaydı, minlərlə suriyalını öz ağuşuna almazdı. Ağlınızı başınıza yığın. Biz müharibə deyil, sülh istəyirik”.

Türkiyə Böyük Millət Məclisinin İraq və Suriyada Türkiyə ordusunun əməliyyatlara başlaması barədə razılıq verməsini şərh edən Baş nazir bunu hazırkı vəziyyətin tələb etdiyini vurğulayıb:

“Bu gün buna ehtiyac var idi. 2007-ci ildən bəri İraqla bağlı, 2012-ci ildən bəri də Suriya ilə bağlı müzakirələr gedirdi. Biz bunu birləşdirdik. Bu qərarın verilməsi normaldır”.

Beynəlxalq koalisiyaya daxil olan ölkələrin heç birinin Türkiyə qədər təhlükəli bölgədə yerləşmədiyini deyən Davudoğlu müharibənin ən çox Türkiyəyə təsir etdiyini açıqlayıb:

“ABŞ daxil olmaqla koalisiyada olan heç bir ölkə Türkiyə kimi təhlükəli mövqedə yerləşmir. Sərhədlərimiz həm İraq, həm də Suriya terrorçuları ilə qarşı-qarşıyadır. Belə olan təqdirdə öz milli təhlükəsizliyimizi qorumaq üçün bu addımı atmağa məcburuq”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR