Futbolda xüsusi köpük istifadəyə verildi

1 (1)“Qanuni olaraq maneə qalmadı”.

DÇ-2014-də hakimlər tərəfindən ilk dəfə istifadə edilən və tez silinmə xüsusiyyətinə malik olan köpüklər növbəti həftədən etibarən Almaniya Bundesliqasında istifadə olunacaq.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, bu haqda Almaniya Futbol Federasiyasının (DFB) Hakimlər Komissiyasının sədri Luts Mikael Fröhlik deyib.

Futbol məmuru bildirib ki, oyunlarda köpükdən istifadə edilməsinə heç bir maneə qalmayıb: “Lazımlı işlər görüldü və köpükdən istifadə üçün icazə alındı. Qanuni olaraq maneə qalmadı. Bundan istifadə üçün heç bir səbəb yoxdur”.

Qeyd edək ki, daha əvvəl tərkibində digər maddələrin olduğu üçün köpükdən Bundesliqa matçlarında istifadə edilməsinə icazə verilməyəcəyi iddia edilirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR