Gövhər Baxşəliyeva: “Mənbələr də sübut edir ki, Qafqazda Ermənistan adlı dövlət olmayıb”

thumb190_20100501115105182Gələn ilin yanvar ayında Ermənistan AvrAsiya İqtisadi İttifaqına daxil olacaq. Məlum məsələdir ki, Ermənistanın AAİİ-yə daxil olub-olmamasından asılı olmayaraq heç nə dəyiıməyəcək. Yəni Ermənistan əhalisi ölkədən qaçmağa davam edəcək, azsaylı varlılar daha da varlanacaq, kasıb kütlə isə daha da kasıblaşacaq. Məsələnin digər maraqlı tərəfi var: Ermənistan AAİİ-yə daxil olduqdan sonra işğalçı ölkənin Türkiyə faktiki mövcud olmayan münasibətləri necə inkişaf edəcək? Bu və digər suallara cavab tapmaq üçün qafqaznews.org saytı millət vəkili və alim Gövhər Baxşəliyevadan müsahibə alıb.

– 2015-ci ilin yanvar ayında Ermənistan AAİİ-yə üzv olacaq. Bu erməni-türk münasibətlərinə təsir göstərə bilərmi?

– Düşünürəm ki, təsir etməyəck. Məncə, bu erməni-türk münasibətlərinə heç cür təsir etməyəcək. Türkiyə rəhbərliyi dəfələrlə özünün və xalqının iradəsini ifadə edərək, mövqeyini olduqca dəqiq bildirib. Bu həm rəhbərliyin, həm də türk xalqının mövqeyidir. Bu mövqe ondan ibarətdir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini azad etməyincə, Türkiyə ilə hər hansı əməkdaşlıqdan söhbət belə gedə bilməz. Mən Türkiyə rəhbərliyinin bu bəyanatına inanıram. O, öz mövqeyini dəyişməyəcək.

– Gələn il ermənilər həm də qondarma “soyqırım”ın 100 illik yubileyini qeyd edəcəklər. Türkiyənin bu məsələdə mövqeyi necə olacaq? Ermənistan bir çox dünya dövlətlərində bu uydurmanın fakt kimi qəbul olunmasına nail ola biləcəkmi?

– Türkiyənin bu məsələdə mövqeyi, düşünürəm, həmişəki mövqeyi kimi olacaq. Ermənilər həmişə bu məsələdən danışanda türk tərəfi bütün arxivləri açmağı və alimlərdən ibarət komissiyanın yaradılmasını təklif edir. Türkiyə tərəfi bildirir ki, komissiyanın gələcəyi istənilən qənaətlə razılaşacaq. Mən şəxsən özüm Ərdoğanın bu sözləri necə deməsinin şahidi olmuşam. O, bildirib ki, Türkiyə tərəfi dəfələrlə belə komissiyanın yaradılmasını təklif edib, lakin erməni tərəfi buna getmir. Yəni Ermənistna ümumiyyətcə əməkdaşlığa getmir. Türk tərəfi eləcə də bir çox Qərb dövlətləri və rəhbərləri hesab edirlər ki, 1915-ci ilin hadisələri ilə alimlər məşğul olmalıdır. Bu məsələni alimlərin öhdəsinə buraxmaq lazımdır. Məsələ komissanın yaradılması və işinə çatanda erməni tərəfi yayınır. Bu da ondan xəbər verir ki, onlar özləri də gözəl bilir ki, tarixi saxtalaşdırırlar. Onlar başa düşürlər ki, obyektiv beynəlxalq komissiyanın arxivlərdə işləyəcəyi təqdirdə onların artıq 100 il boyu dabışdığı yalanın üstü açılacaq.

Akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” əsəri bir çox mənbələr əsasında aparılmış monoqrafiyadır. Burada çoxsaylı Avropa, antik mənbələrdən istifadə olunub ki, bu da ermənilərin öz tarixlərini saxtalaşdırdığını sübut edir. Ermənilərin saxtalaşdırılmış tarixləri heç bir tənqidə dözmür. Mənim əlimə REA-nın Sankt-Peterburq filialının çap etdiyi bir kitab düşmüşdür. Bu kitabda ermənilər özlərinin tarixlərini təhrif edir və bildirirlər ki, guya o ərazilərdə 12-13 əsrlərədək Azərbaycan müsəlman əhali yaşamayıb. Guya o vaxtadək bu ərazilərdə erməni dövlətləri mövcud idi. Lakin bu fikirlər tənqidə dözmür. Bir dəfə mən Makedoniyalı İsgəndərin imperiyasının tarixi coğrafiyasına aid xəritə dərc etdirmişdim. Orada tam dəqiqliklə İsgəndərin imperiyasının sərhədləri çəkilmişdir. Mən bu xəritəni İnternetdə dərc etdim. Bu xəritədə Böyük və Kiçik Ermənistan (Armenia Major və Armenia Minor) dəqiqliklə göstərilib. Bu “Böyük Ermənistan”ın paytaxtı Tiqranakert Dəclə və Fəratın ikiçayarasında, Assuriya və Babilin qonşuluğunda göstərilib. Bu xəstəlik bizim tərəfimizdən yox, Qafqazda yox, italyan xəritəçəkənləri və alimləri tərəfindən hazırlanıb. Onlar bu xəritəni götürdülər, kəsdilər, adını sildilər. Üstünə də belə yazı vurdular: “Azərbaycan alimi Qafqazda Böyük Ermənistanın mövcud olduğunu etiraf edir”. Bax hər şeyi onlar bu yolla saxtalaşdırırlar. Bundan sonra mən hətta öz ictimaiyyətimiz qarşısında izah etmək məcburiyyətində qaldım ki, burada gəqiqət təhrif olunub. Bunlar bax belə dürüst alimlərə böhtan atırlar. Vaxtilə obyektivliyi ilə seçilən Erix Foqel adlı Avstriya alimi vardı. Ermənilər bu alimi onun real, obyektiv və düzgün mövqeyinə görə şantaj etməyə başladılar. Bunlar obyektiv alimləri təqib edirlər.

 – Ermənistan Türkiyənin bir sıra şərq vilayətlərinə ərazi iddiası ilə çıxış edirlər. Bu yolla onlar Türkiyə ilə münasibətlərin necə yaxşılaşacağına ümid edirlər?

– Bu indan xəbər verir ki, Ermənistan rəhbərliyi və ümumiyyətcə erməni ictimaiyyəti qeyri-real və absurd mövqe tutur. Digər dövlətin torpaqlarına ərazi iddiaları ilə çıxış edərək, yaxşı qonşuluq münasibərləri qurmaq mümkün deyil. Psixiatriyada “psixoz” deyilən bir anlayış var. Erməzi ziyalıları və siyasətçilərinin əksəriyyəti milli psixoz deyilən bəlaya düçar olub. Bu onlara artıq bələkdə təlqin olunur. Sovet dövründə mən bir neçə tarixi erməni romanı oxumuşam. Sizə deyim ki, bu romanlar psixi cəhətdən xəstə olan insanların əsərləridir. Bizim institumuzun bir xanım əməkdaşı var. O danışır ki, onun həyat yoldaşı vaxtilə bir erməni ailəcində qonaq olarkən belə bir hadisənin şahidi olub: ailənin 4-5 yaşlı uşağı milçəkləri öldürəndə onlartı türk zənn edirdi. Görün bunlar hansı şəraitdə tərbiyə olunurlar. Bunlara uşaqlıqdan bütün türklərə qarşı nifrət aşılanır.  Və buna görə də Ermənistanın elmi ictimaiyyətinin belə absurd mövqedə olması təəccüblü deyil. Lakin mən inana bilmirəm ki, erməni xalqı içində obyektiv, həqiqi vəziyyəti dərk edən insan yoxdur. Belə insanlar var. Lakin onlar azlıqdadırlar. Onlar bu dəqiqə qorxu içindədir, onlara şər-böhtan atıblar. Hətta vaxtilə Qarabağ hadisələri zamanı həqiqəti deyən erməniləri səhəri gün ölü tapırdılar. Elə buna görə də insanlar həqiqəti deyə bilmirlər.

 Kərim Sultanov

 QAFQAZ Xəbər Agentliyi (Qafqaznews.org)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR