İŞİD dünya gözəllərini qaçırdı

66613_res_01İordaniyanın sahil şəhəri Akabedə oktyabrın 25-də keçirilməsi planlaşdırılan “Miss İnternational-2014” gözəllik yarışı İŞİD terror qruplaşmasının qorxusundan təxirə salınıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yarışmanın dekabr ayında Almaniyanın Maqdeburq şəhərində keçiriləcəyi açıqlanıb.

Yarışmanın təşkilatçısı Detlef Tursies deyib ki, gözəllik müsabiqəsini altı ay əvvəldən Akabedə keçirmək planlaşdırılmışdı. Lakin İŞİD-in yarışma zamanı terror aktları törədə biləcəyindən ehtiyat edərək təşkilatçılar onu başqa ölkəyə keçirməyi qərara alıblar.

Qeyd edək ki, İŞİD Suriyanın İordaniya ilə sərhəd bəzi əyalətlərinə nəzarət edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR