İŞİD-ə qoşulan bacıların peşmançılığı

74001“Cənnətdə görüşərik” deyənlər Avstriyaya qaçmaq istəyir

Bosniya mənşəli iki azyaşlı bacı bir az əvvəl qoşulduqları İŞİD-dən ayrılmaq istəsələr də qaça bilmirlər.

ANS PRESS-in məlumatına görə, biri 17 və o biri 15 yaşında olan Samra və Sabina adlı bacıların qohumları bu barədə Avstriyanın “Zeitung Österreich” qəzetinə danışıblar.

Onların dediyinə görə, Avstriyada yaşayan 17 yaşlı Samra bir çeçenlə ailə qurub və Suriyaya gedib. Gedərkən bacısı 15 yaşlı Sabinanı da özü ilə aparıb. Lakin İŞİD terrorçularının baş kəsmələrini, insanlara verdikləri işkəncələri gördükdən sonra geri qayıtmaq istəyiblər.

Qızlar bu ilin aprel ayında evdən qaçıblar. Ailələrinə məktub yazaraq “Suriyaya gedirik. Cənnətdə görüşərik”,- deyə bildiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR