İŞİD tanklarla yenidən Kobaniyə girdi

1412832162İraq Şam İslam Dövlətinin (İŞİD) silahlıları gərgin döyüşlərdən sonra yenidən Kobaniyə hücuma keçiblər.

Axar.az xəbər verir ki, PYD təşkilatının sədr müavini Asya Abdullah İŞİD-in şəhərin iki məhəlləsinə daxil olduğunu deyib.

“Röyter” agentliyinə açıqlama verən Abdullah İŞİD-in hücum zamanı tank və ağır silahlarla hücuma keçdiyini bildirib.

Qeyd edək ki, 3 həftədən artıqdır ki, Kobanidə gedən şiddətli döyüşlər nəticəsində 400-dən çox insan həlak olub.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR