İŞİD Türkiyə ilə sərhəddəki Kobani şəhərini ələ keçirdi

66734_res_01

“İraq və Şam İslam Dövləti”nə (İŞİD) məxsus silahlılar Suriyanın Türkiyə ilə sərhədində yerləşən Kobani şəhərini ələ keçirib.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı olan YPG-nin nəzarətindəki şəhər İŞİD-in 20 gündür davam edən hücumlarına davam gətirə bilməyib.

Qurban bayramının ilk günündən Kobani uğrunda YPG ilə küçə döyüşlərinə başlayan İŞİD bu gün şəhərdə öz bayrağını qaldırıb. Artıq Kobanidə atılan mərmilər Türkiyə ərazisinə düşməyə başlayıb və ilkin məlumatlara görə, 4 nəfər yaralanıb.

Türkiyə hökuməti İŞİD təhlükəsinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Kobani ilə sərhəddəki üç məhəllə və suriyalı qaçqınların yaşadığı çadır şəhərciyi Şanlıurfa valiliyinin qərarı ilə boşaldılıb. Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Hulusi Akar müdafiə tədbirlərinə rəhbərlik etmək üçün Şanlıurfaya gedib. Sərhəddəki strateji yüksəkliklərə çoxlu sayda tank çıxarılıb və onların lülələri Suriya sərhədinə doğru çevrilib (APA).

66735_src66736_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR