“Klıcdaroğlunun yeganə məqsədi Əsədi qorumaqdır” – Davudoğlu əsəbləşdi

img1651295
“Kılıçdaroğlunun yeganə məqsədi Bəşər Əsədi qorumaqdır. O, istəyir ki, Türkiyə  Suriya ilə bağlı elə bir qərar qəbul etsin ki, diktator Əsədə toxunmasın”.
Avropa.info xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu  CHP başqanı Kamal Klıcdaroğlunun  Türkiyənin Suriya qərarına dəyişiklik etmək tələbinə münasibət bildirərkən deyib.
“Bir daha Kılıçdaroğlunun eşitməyən qulağına deyirəm. Türkiyə Əsəd rejiminə  qarşıdır. Onun ortaya qoyduğu tezislə bağlı sübutu varsa, ortaya qoysun, yoxsa sussun. Kılıçdaroğlu bilsin ki, onun ağlına ehtiyacımız yoxdur. Sadəcə, sussun, öz ölkəsindən  beynəlxalq cəmiyyətə şikayət etməsin, təhrikçilərin əlinə arqument verməsin, sadəcə, sussun. Onun fikrinə də, ağlına da ehtiyacımız yoxdur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR