Kobaniyə görə İstanbul qarışdı – Video

1412106292

Türkiyənin İstanbul şəhəri gecə saatlarında qarışıb.

Axar.az İŞİD-ə etiraz edən aksiyaçıların şəhərin Kadıköy ərazisində yanğınlar törətdiyini xəbər verir. İstanbulun Altıyol meydanında toplaşan 500 nəfər aksiyaçı AKP-nin ərazi üzrə inzibati binasına tərəf yürüş edib. Əsasən Xalq Demokratik Partiyasının üzvü olan fəalların mitinqinə polis müdaxiləsi vəziyyəti daha da gərginləşdirib. İŞİD-in Kobaniyə hücumlarını pisləmək üçün etirazlara çıxan insanlar şüarlar səsləndirib, polisə füşəng, daş atıblar.

Çevik polis qüvvələri qaz bombası, su şırnağı ilə aksiyanı dağıtmağa çalışıb. Etirazçılar ara küçələrə səpələniblər, polis meydana nəzarət edir. Qeyd edək ki, Türkiyə hökumətinin İŞİD-ə qarşı sərgilədiyi mövqe həm ölkə daxilində, həm beynəlxalq birlik tərəfindən şiddətlə qınanılır. AKP iqtidarı terrorçulara dəstəkdə ittiham olunur.

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR