Qaçqınlar komitəsi Bakı Şəhər İcra Hakimyyətini təkzib edir

31_big

Bu günlərdə Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az )  “Qaçqınlar və məcburi köçkünlər” şöbəsinin ləğv olunması ilə bağlı məlumat vermişdi. Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan “ Qaçqınlar və məcburi köçkünlər” şöbəsinin ləğv olunası ilə bağlı məlumat bizi xeyli təəccübləndirdi. Axı, ölkəmizdə olan 1 milyondan artıq qaçqın və məcburi köçkünlərin böyük bir hissəsi Bakı şəhərində məskunlaşıb. Belə olan halda şəhər icra hakimiyyətinin strukturundakı “ Qaçqınlar və məcburi köçkünlər” şöbəsinin ləğv olunması hansı zərurətdən irəli gələ bilər? Qaçqın ptoblemi həll olunubmu?

Bütün bu suallara aydınlıq gətirmək üçün qafqaznews.az-ın müxbiri şəhər icra hakimiyyəti ilə əlaqə saxlayıb. Adını deməkdən imtina edən əməkdaş bildirib ki, əvvəl belə bir şöbə olub və şöbənin müdiri isə Qalib Məmmədov olub, ancaq hazırda şöbə fəaliyyət göstərmir.
Müxbirimiz sonra Hacıbala Abutalıbovun müavini Füdumə Hüseynova ilə əlaqə saxlamağa cəhd eləsə də danışmaq mümkün olmayıb.
Müxbirimiz daha sonra ŞİH-nin aparatı ilə əlaqə saxlayıb. Aparatın Leyla adlı (soyadını bildirmədi) əməkdaşı bildirib ki, bu şöbə haradasa 1 ilə yaxındır, tam dəqiq desək 5-6 aydır ki, ləğv olunub. “Bəs, şöbənin işi hansı quruma həvalə olunub” sualına Leyla xanım cavab vermədən dəstəyi asıb.

Biz yenidən bu məsələni araşdırmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsimətbuat xidməti ilə əlaqə saxladıq.
“Bakıətrafı rayonlarda qaçqın və məcburi köçkünlərin problemləri üzrə şöbələri fəaliyyət göstərirdi. Bu şöbələr ləğv edilməyib, Sadəcə olaraq sonralar Cənab Prezidentin sərəncamı ilə bu şöbələr İcra hakimiyyətlərin balansından Qaçqınlar və məcburi köçkünlər komitəsinin balansına keçirilib. Həmin şöbələr yenə rayonlarda, komitənin nümayəndələri kimi fəaliyyət göstərir”- bunu Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirdi.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az )

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR