Ronaldo 2-ci oldu

23245

Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) geridə qalan sentyabr ayının ən məhsuldar futbolçularının adlarını açıqlayıb.

Qana millisinin və Birləşmiş Ərəb Əmirliklərinin “Əl Ain” klubunun futbolçusu Asamua Qyan sentyabr ayında vurduğu 16 qolla siyahıya başçılıq edir. Bu qollardan 4-nü yığmada vuran Qyan 12 dəfə klubda fərqlənib.

Portuqaliya millisinin və “Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo 14 qolla ikinci, Braziliya yığmasının və “Barselona”nın futbolçusu Neymar isə 11 qolla üçüncü pillədə qərarlaşıb. “Barselona” digər futbolçusu Lionel Messi isə ötən ay vurduğu 8 qolla siyahıda 11-ci olub.Qeyd edək ki, siyahıda olan futbolçuların sentyabr ayında həm yığmada, həm də klubda vurduqları qollar nəzərə alınıb. (qol.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR