Ronaldo dördüncü dəfə evlənir

1412859115

Futbol üzrə ikiqat dünya çempionu braziliyalı Ronaldo 4-cü toyuna mindən çox qonaq dəvət edib.

Axar.az xəbər verir ki, toy 2015-ci ilin aprelində Rio De Janeyrodan 170 km aralıda yerləşən Buziosda keçiriləcək. Toyda bir çox məşhurların iştirakı gözlənilir.

Ronaldo bundan öncə futbolçu Milena Domiqes, model Daniel Çikarelli və dizayner Bia Antoni ilə evli olub.

Xatırladaq ki, 38 yaşlı məşhur futbolçu 1994 və 2002-ci illərdə Braziliya millisi ilə dünya çempionu olub. O, karyerası boyunca “İnter”, “Milan”, “Barselona” və “Real Madrid” kimi klublarda oynayaraq bir çox uğurlara imza atıb.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR