ANS özünü təkzib edir

загруженное (1)

Təhsil Nazirliyi hadisəni nə üçün gizlədib?

29 oktyabrda Bakının Bilgəh qəsəbəsində yerləşən 11 saylı internat məktəbində dəhşətli hadisə baş verib. Surxay adlı şagird məktəb yoldaşı Fatehin üstünə qaynar su töküb. Nəticədə 10 yaşlı Fateh boyun və qulaq nahiyələrindən ağır yanıqlar alıb. (aznews.az).
Azərbaycan Uşaq Fondunun Bakı bölməsinin rəhbəri, hüquq müdafiəçisi Teymur Rzayev 11 saylı internat məktəbdə olub. O bildirib ki: “ Mən məktəbin direktoru Gülnarə Abdullayeva ilə görüşdüm. Direktorun kabinetində uşaq hüquqları və de-institutlaşma şöbəsinin əməkdaşı Həbib Kərimov da var idi. Mən Fəteh Quluzadənin vəziyyəti ilə maraqlandım, ancaq mənə dedilər ki, heç bir insident baş verməyib”. (anspress.com).
Gülnarə Abdulalyeva anspress.com- a müsahibəsində bildirib ki, Fatehin vəziyyəti ağır deyil: “ Bizim tibb bacısı Fatehin yanındadır. Biz özümüz bütün zəruri dərmanları alırıq. Fatehin anası həkimdir və müalicə ilə özü məşğul olur. Narahat olmağa dəyməz”.
Ancaq Gülnara Abdullayeva Qafqaz Xəbər Agentliyinə bildirib ki, mən anspress.com-a heç bir müsahibə verməmişəm.
Məsələyə aydınlıq gətirmək üçün anspress.com-la əlaqə saxladıq.
Anspress.com-un növbətçi redaktoru Səməd Mehrəliyev müxbirimizə bildirib ki, məktəbin direktoru sizi aldadır, onun hətta səs yazısı diktafonda qalır.
Ancaq həmin gün ANS-in gecə proqramında bildirdilər ki, bütün cəhdlərimizə baxmayaraq Gülnarə Abdullayevanın fikirlərini öyrənə bilmədik.
5 noyabr 2014-cü ildə isə Təhsil Nazirliyi baş verən dəhşətli hadisə ilə bağlı açıqlama yaydı. Açıqlamada Fatehin yanması təsdiq olunur: “ Tərbiyəçi və dayə Fatehə təcili kömək ediblər. Şagirdin aldığı yanıqlar ağır olmasa da onu xəstəxanaya çatdırıblar. Hazırda uşaq özünü normal hiss edir”.
Görəsən, Təhsil Nazirliyi baş verən hadisəni nə üçün cəmiyyətdən gizlədib?
Bu sualı Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehova ünvanladıq. Mətbuat katibi bildirdi ki, siz suallarınızı yazılı şəkildə bizim elektron poçtumuza yollayın, biz mütləq cavab verəcəyik.
Biz mətbuat katibinin elektron poçtuna suallarımızı göndərsək də, təəssüf ki, cavab almadıq.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (Qafqaznews.org)

 

 

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR