Davada polis zabitinin burnunu sındırdılar

258703Hücum edənlər məşhur generalların qardaş və bacıoğlanlarıdır

15 noyabr 2014 cü il tarixdə gecə saat 23:30 radələrində Səbail rayonu Xaqani küçəsində yerləşən “Sultan” restoranında analoqu olmayan dava baş verib. Dava zamanı 9 nəfər şəxs polis zabitinə hücum edərək onun burun nahiyyəsini iki yerdə sındırıb.

Dava nəticəsində polis zabiti ağır xəsarətlər və kəllə-beyin travması alıb. Polis zabiti hazırda Daxili İşlər Nazirliyinin qospitalında ağır vəziyyətdədir. Mənbə Qafqaznews.az-a bildirib ki, içkili vəziyyətdə olan qarşı tərəf təkcə polisin burnunu sındırmaqla kifayətlənməyərək onun cibindən polis vəsiqəsini və 910 manat pulunu götürüblər. Polisə hücum edən şəxslərin arasında iki nəfər polis və dörd nəfər gömrük işçisi var.

Ən dəhşətlisi odur ki, “hücum edənlər” ölkəmizin 3 məşhur generallarının qardaşı və bacısı oğlanlarıdır. Məşhur generallar bu bıabırçı olayda adlarının mətbuatda hallandırılmaması üçün “qardaş və bacıoğlanları”nı qospitalda yatan polis zabitinin yanına minnətə və bazarlığa yollayıblar ki, “ barışıq sazişi” bağlayaq. Ancaq polis zabiti qəti şəkildə etiraz edərək qanuni şəkildə axıradək öz davasını aparacağını bildirib. Döyülən polis zabitinin “qanlı fotoları” əlimizdə olsa da dərc etmək istəmədik. Məşhur generalların kimliyi isə bizə bəlli olsa da etika xatirinə çəkmirik. Araşdırmamız davam edir. Bizi izləyin.

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR