Fəzail Ağamalı: “Neftin qiymətinin aşağı düşməsi bizə mane ona bilməz”

8016528551d2019aa3c81427972121_Fezail Agamali foto“Turan” agentliyinin Beynəlxalq Valyuta Fonduna istinadən verdiyi məlumata görə Azərbaycanın neft ixracı 2014 – cü ildə 9,2%, 2015 – ci ildə 12,7 % azalacaqdır . Sosial proqramların böyük bir hissəsi enerji daşıyıcılarının satışı hesabına həyata keçirildiyi Azərbaycanda neft ixracaatının azalması bu proqramların reallaşmasının qarşısını ala bilərmi? Fəzail Ağamalı bu fikirlə razı deyildir: “Bizə təqdim edilən büdcə layihəsində də bütün onlar nəzərə alınıb. Keçən ildən fərqli olaraq neftin bir barelinin satışı 90 dollara salınacaq. Bizim həmçinin ehtiyat imkanlarımız da var. Buna görə istər dünyada hökm sürən maliyyə böhranı, istərsə də neftin qiymətinin aşağı düşməsinin Azərbaycanda sosial proqramların reallaşmasına maneə törədə bilməz”.

Araz Məmmədov

Qafqaz Xəbər Agentliyinin (Qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR