Milli Məclisin deputatı Sabir Rüstəmxanlı: “Mən girovların azad edilməsinə inanmıram”

images

2014 – cü ilin noyabrın 4 – də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ermənilər tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasından danışıb.

Şeyx bildirib ki, bu yaxınlarda Moskvada Rusiyanın patriarxı ilə görüşündə də bu məsələ müzakirə olunub və yaxın zamanlarda erməni katolikosu II Qareginlə gözlənilən görüşündə bu birinci məsələ kimi qaldırılacaq.
A.Paşazadə qeyd edib ki, bu məsələ ilə bağlı ən düzgün addımları müdafiə və hüquq-mühafizə orqanları ata bilər: “Biz daima dövlətin yanındayıq və bu məsələdə nə lazımdırsa, o addımı ata bilərik. İmkan daxilində də əlimizdən gələni edəcəyik” (APA).

Hazırda qondarma “Dağlıq Qarabağ Respublikasında” Dilqəm Əsğərov və Şahbaz Quliyevin məhkəməsi keçirilir. Azərbaycanlı girovların yalnız dini liderlər arasında aparılan danışıqlar nəticəsində azad edilməsi mümkündürmü?
Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının lideri Sabir Rüstəmxanlı azərbaycanlı girovların danışıqlar yolu ilə azad edilməsinə inanmır:
“Ermənilər öz saxtakarlıqları ilə məşhurdurlar. Girovların azad edilməsi yalnız dünya ictimaiyyətinin təzyiqi nəticəsində mümkündür” .

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR