Putin üçün qızıl “iPhone” (VİDEO)

76292

İtalyan ustaları Vladimir Putin üçün qızıl “iPhone 6” və titan “iPhone 6 Plus” hazırlayıblar.

ANS PRESS-in məlumatına görə, İtalya zərgərlik markası “Caviar” Putinin portretinin əks olunduğu telefonu “putinfonov” adlandırıblar. Bildirilib ki, ilk belə telefon bu ilin iyununda istehsal olunub.

Bu yeni telefonda isə yalnız Rusiya prezidentinin portreti deyil, həmçinin Rusiyanın dövlət atributları da əks olunub. Bununla yanaşı titandan hazırlanmış “iPhone 6 Plus”da isə Prezident Aparatının simvolları həkk olunub.

Qızıl “iPhone 6″nın dəyəri 169 min (2800 AZN) rubl, titandan olan “iPhone 6 Plus” isə 137 -147 (2200-2400) min rubl qiymətindədir.

RF prezidentinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, dövlət başçısı onun adı və təsvirindən kommersiya məqsədilə istifadə etmək cəhdlərinə mənfi reaksiya göstərib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR