Qafqaz Xəbər Agentliyinin Baş direktoru prezidentə müraciət etdi

загруженное

Qafqaz Xəbər Agentliyinin Baş direktoru Rəşad Rüstəmovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti

Cənab Prezident!
Bizim agentlik Azərbaycanın müstəqilliyinin qorunmasına yönəlmiş siyasi kursunuzu tam dəstəkləyir.
Agentlik qafqaznews.org, qafqaznews.az legion.az saytları vasitəsilə mütəmadi olaraq bəzi məmurların neqativ əməlləri, ölkədəki problemlər barədə jurnalist araşdırması aparır və cəmiyyətə dolğun məlumat verir.
Son bir həftədir ki, bizim agentliyin qafqaznews.org, qafqaznews.az  və legion.az saytları xaker hücumuna məruz qalır.
Bizdə olan məlumatlara görə, xaker hücumu saytımızda kəskin tənqid olanan bəzi məmurların sifarişi ilə həyata keçirilir.
Özəl mənbəmizin məlumatına görə, bu məmurlar cəmiyyətdə belə xəbər yayırlar ki, guya yaxın vaxtlarda elektron KİV-in fəaliyyəti ölkədə qadağan olunacaq.
Əlbəttə, bu fikirlərin heç bir ciddi əsası yoxdur, çünki Siz hər zaman ölkəmizdə azad sözün təminatçısı olmusunuz.
Cənab Prezident! Bizim agentliyin kollektivi Sizə inanır, sizin siyasi kursunuzu dəstəkləyir və əminik ki, bizim hüquqlarımızı müdafiə edəcəksiniz.
Hörmətlə, Qafqaz Xəbər Agentliyinin Baş direktoru Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR