“Qarabağ”dan yaralı fanata böyük jest

42703Komanda rəhbərliyi stadionda xəsarət alan gəncin yanındadır

Ötən gün UEFA Avropa liqasinin qrup mərhələsi çərçivəsində “Qarabağ”-“Dnepr” oyununu stadionda izləyərkən üzərinə darvaza aşan Samir Miriyev üçün həyatı təhlükə yoxdur.”Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun ANS PRESS-ə verdiyi məlumata görə, o bu gün gecə saat 3-ə qədər xəstənin yanında olub. Bu səhər isə klubun baş məşqçisi Qurban Qurbanov Samir Miriyevə baş çəkib. Onun kəllə-beyin travması aldığı, oma və diz sümüyünün sındığı bildirilir. Hazırda o, reanimasiyaya yerləşdirilib. Bu gün xəstənin əməliyyat edilib-edilməyəcəyinə qərar veriləcək. Müalicə və əməliyyatın bütün xərclərini “Qarabağ” futbol klubu rəhbərliyi öz üzərinə götürüb.

Xatırladaq ki, ötən gün Bakıda keçirilən “Qarabağ” – “Dnepr” oyunu zamanı bədbəxt hadisə qeydə alınmışdı. ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, oyundan öncə stadiona azarkeşlərin girişi zamanı sıxlıq yaranıb. Stadionun 11-ci sektoruna buraxılışı nəzərdə tutan dəmir qapının aşması nəticəsində bir nəfər xəsarət alıb. Yaralı gənc təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına aparılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR