Bakıda qadınla polis arasında qarşıdurma (VİDEO)

img1708483
49 yaşlı xanımla polis arasında mübahisə düşüb. Mübahisə 49 yaşlı Sevda Xəlilova ilə polis arasında yaşanıb. Qalmaqalın da bəlli səbəbləri var. Müsahibim Sevda Xəlilovanın sözlərinə görə, o günlərin bir günü Mirzə Ələkbər Sabir bağından Nizami parkına keçmək istəyib. İşıqforun avtomobillər üçün qırmızı ışığının yandığını görüb. Və bu zaman o, avtomobil yolundan digər tərəfə keçib. Bundan sonra xanımı polis əməkdaşları saxlayıb və sənədlərini tələb edib. Səbəb isə xanımın piyada keçidindən deyil, qadağan olunmuş magistral yoldan keçməsi olub. Müsahibim isə sənədlərini və adını söyləməkdən imtina edib. Sevda xanım deyir ki, asayiş keşikçiləri onu sərbəst buraxıb. Onlardan aralanan qadın dayanacağa yaxınlaşıb. Onun sözlərinə görə, sadəcə yerə tüpürüb. Bu zaman polislər qadına yenidən yaxınlaşıb. Onları təhqir etdiyini bildirərək. Bununla bağlı da xanımı bölməyə aparmağa cəhd ediblər. O, isə bölməyə getməyib.
“Yaşca böyük olan polis o biri polisə dedi ki, gəl aparaq bunu. Öncə mən məsələnin nə yerdə olduğunu başa düşmədim. Hər iki polsi qoluma girdi. Ayaqlarım yerə dəymirdi, küçə ilə mən o vəziyyətdə apardılar”, deyə Sevda Xəlilova bildirdi.
Xanımı dinləyib adını çəkdiyi polislərlə görüşməyə cəhd etdik. Ancaq yaxınlaşdığımız polislər bizə bildirdi ki, onlar heç Sevda xanımı tanımırlar. Buna baxmayaraq onu da qeyd etdilər ki, istənilən halda piyada magistral yoldan deyil, onun üçün nəzərdən tutulmuş xüsusi zolaqdan keçməlidir.
Daha sonra xanım elə sözügedən iki asayiş keşikçisini görüb tanıdı və bildirdirdi ki, bu, elə ona zor tətbiq edən polislərdir. Özlərini Səbail Rayon Polis İdarəsinin əməkdaşları kimi təqdim edən Faiq İbrahimov və İlkin Əliyev Sevda xanımın onları peşə fəaliyyətini yerinə yetirən zaman tüpürüb təhqir etdiyini dedi. Xanım isə deyilənlərlə razılaşmadı.
Bu zaman Sevda Xəlilova yenidən polisin “dur” əmrinə riayət etmədən avtomobil yolunu qadağan olunmuş hissədən keçdi.
Polis əməkdaşlarının sözlərinə görə, bu işlə bağlı məhkəmə də baş tutub. Sevda Xəlilova polis əməkdaşına əl qaldırdığı üçün məhkəmə qərarına əsasən 200 manat məbləğində cərimə olunub. Çavuş Faiq İbrahimov müsahibə verməsə də, hadisənin videogörüntüsünü təqdim etdi. /ANS TV/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR