
Yeni il bayramında Almaniyada ilk dəfə olaraq “Miss Chiristmas” gözəllik müsabiqəsi keçiriləcək. Anspress-in məlumatına görə, dünyada məşhur olan “Miss Germany Corporation GmbH” (MGC) tərəfindən təşkil edilən müsabiqə internet vasitəsilə həyata keçirilir.
Müsabiqəyə artıq 89 namizəd qatılıb. 17-26 yaş arasında olan namizədlərdən hansının “Yeni ilin ən gözəl qızı” adına layiq olması maraqla gözlənilir.
Dekabrın 18-dən başlayan səsvermə bu ayın 25-də başa çatacaq. www.missgermany.de saytına girməklə istənilən şəxs səsvermədə iştirak edə bilər.
Namizədliyini verən qızlardan bəzilərini sizə təqdim edirik.
Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)