Cəbhədə gərgin gecə

70281Sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub

Cəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 42 dəfə pozulub.

Erməni silahlı bölmələri Ermənistan Respublikasının Berd rayonunun Ayqepar və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Muncuqlu kəndlərində, İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi atəşə tutublar.

Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Mərzili, Sarıcalı, Şuraabad, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR