DYP Tellinin cavabını verdi- “Ayrı-ayrı vəzifəli şəxslərin onlara… ”

84648

Bu gün ATV-nin “Şirin çay” verilişinə qonaq olan aşıq Telli Borçalı polis işçilərinin ona hörmət etdiklərini deyib. O bildirib ki, yol polisləri bütün sənətçilərə qayda pozanda hörmət edirlər: “Polisə deyirəm: “Elə sənin “ajığına” qırmızıdan keçmişəm”. Mənə heç vaxt cərimə yazılmayıb”.

 Qafqaznews.az ucnoqta.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev münasibət bildirib. Onun sözlərinə görə, belə konkret faktla qarşılaşmayıb: “Amma ola bilər ki, hansısa cüzi qayda pozuntusudursa, ciddi inzibati xəta deyilsə, şəxsiyyətin ölkədə tanınmış insan olması, ölkə qarşısında xidmətləri inspektor tərəfindən nəzərə alınar və ona xəbərdarlıq edilər. Amma inanmıram ki, bu, kütləvi xarakter daşısın…”.

2941

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR