Jirinovski: “Azərbaycan Rusiyanı konyak və şərabla çimizdirə bilər” – FOTO

img1700207Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, qonşu ölkənin ən xarizmatik siyasətçilərindən biri olan Vladimir Jirinovski Azərbaycan konyakından danışıb.
ANS PRESS-in məlumatına görə, “Komsomolskaya pravda” qəzetinin əməkdaşı ilə söhbət edən LDPR lideri belə deyib: “Biz niyə Çilidən şərab gətiririk? Yunanıstanın konyakı nəyimizə gərəkdir? Bizim Qafqazı, Krasnodar diyarını, Orta Asiyanı götürün. Azərbaycan sizi konyak və şərabla çimizdirə bilər”,- deyə Vladimir Jirinovski vurğulayıb.
Qərbin sanksiyaları üzündən ərzaq qıtlığı ilə üzləşmiş Rusiyada yaranmış çətinliklərdən bəhs edən söhbətdə ölkənin aqrar sektorundakı yaranmış duruma da toxunulub.
Vladimir Jirinovskinin sözlərinə görə, Rusiyanın əkinə yararlı 200 milyon hektar ərazisinin yalnız 40 milyon hektarından istifadə edilir.
75084_src

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR