Lənkəranda məktəb direktorunun evindən 100 min manatlıq oğurluq

76217_res_01

APA-nın məlumatına görə, Lənkəran şəhər sakini, rayonun Darquba kənd orta məktəbinin direktoru işləyən 1973-cü il təvəllüdlü Mayis Vəfa oğlu Kazımov Lənkəran Şəhər Polis Şöbəsində ərizə ilə müraciət edərək ona məxsus olan, Lənkəran şəhərində, Böyükağa Mirsalayev küçəsi-18 ünvanında yerləşən mənzildən 100 min manatlıq qızıl-zinət əşyalarının, mobil telefon, noutbuk, kredit kartlarının oğurlandığını bildirib.

Polisin həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Nicat İbad oğlu Əlizadə isti izlərlə saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Faktla Lənkəran Şəhər Polis Şöbəsində cinayət işi başlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR