“Real” bu qələbə ilə rekord qırdı (VİDEO)

78932

İspaniyanın “Real Madrid” klubu La Liqada “Almeria” ilə qarşılaşıb.

ANS PRESS-in məlumatına görə, “Kral Klubu” qarşılaşmaya sürətli başlayıb və 34-cü dəqiqədə İskonun qolu ilə hesabı 1-0 edib. Bu qoldan 5 dəqiqə sonra ev sahibi komanda bərabərliyi təmin edib. Verza “Almeria”nın bərabərlik qolunu vurub.

Oyunda növbəti qol 42-ci dəqiqəyə təsadüf edib. Qaret Beyl fərqlənərək komandasını hesabda önə keçirib. Birinci hissə 2-1 hesabı ilə bitib.

Matçın ikinci yarısında üstünlüyü ələ alan “Real Madrid” ev sahibinə təzyiq edib. 61-ci dəqiqədə “Almeria” penalti qazanıb. Ancaq Kasillas Verzanın penaltisinin qola çevrilməsinin qarşısını alıb.

81-ci dəqiqədə isə səhnəyə Kriştiano Ronaldo çıxıb. Komandasının 3-cü qolunu vuran portuqaliyalı qələbə şanslarını daha da artırıb. Ronaldo 88-ci dəqiqədə də fərqlənərək oyunun yekun hesabını müəyyən edib.

Bu qələbə ilə “Real Madrid” rəsmi matçlardakı qələbə sayını 20 matça çıxarıb. Liqada 15 oyuna 39 xal yığan “Real Madrid” 1-ci pillədə qərarlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR