Ronaldoya 3,4 metrlik heykəl qoyuldu

76277_res_01

“Real” (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo dekabrın 21-də Portuqaliyanın Madeira adasındakı Funkal şəhərciyinə gedib. Ronaldo onun şərəfinə qoyulan heykəlin açılışında iştirak edib.

Ronaldo deyib ki, şərəfinə heykəl qoyulması onun üçün çox əlamətdar hadisədir.

Heykəlin hündürlüyü 3,4 metrdir. Bu heykəl Ronaldonun buradakı şəxsi muzeyinin tərkib hissəsidir.

Ronaldo iki dəfə dünyanın ən yaxşı futbolçusu kimi “Qızıl top” müakafatını alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR