Rusiyanı təcrid etmək mümkün deyil

teleqraf.com1419137448putin

“Rusiyanı qorxutmaq, dayandırmaq və təcrid etmək heç vaxt heç kimdə alınmayıb və alınmayacaq”. Teleqraf.com-un “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidenti Vladimir Putin ötən gün xüsusi xidmət orqanlarının işçilərinin peşə bayramı ilə bağlı təşkil olunan dövlət tədbirində bildirib. Putin Rusiyanı təcrid etmək, sıxışdırmaq cəhdlərinin əsrlər boyu dəfələrlə edildiyini qeyd edib: “Risklər, təhdidlər artır, beynəlxalq hüquq normalarına məhəl qoyulmur, bütün vasitələrdən istifadə olunur: təxribat, şantaj, iqtisadi və informasiya təzyiqi, radikal ünsürlərin, milliyyətçi qruplaşmaların cəlb olunması, daxili sabitliyi pozmaq cəhdləri bahasına ölkələri nəzarətə almağa çalışırlar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR