Arzu Kazımov həbsdən azad olundu

скачанные файлыMəşədi İbad demişkən, “bir qızın iki adaxlısı..”, daha doğrusu, bir maşının iki nömrəsi

Ötən ilin sonunda qafqaznews.org saytında “Bir avtomobilə iki dövlət nömrəsi..?” başlıqlı yazı dərc olunmuşdu.
Yazı Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Zaur Kazımovun öz xidməti maşını “Nissan Sentra”nı idarə etmək üçün iki dövlət nömrəsindən ( 10-AP-057 və 90-AP-522 ) istifadə etməsindən bəhs edirdi.
Xatırlatma üçün bildirək ki, Zaur Kazımovun adı ölkə mətbuatında daha çox Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevlə bağlı hallanırdı. YouTube-a yerləşdirilən videoçəkiliş yəqin ki, oxucuların yadında olar. Hansıki həmin çəkilişə görə sonradan cinayət işi qaldırıldı.
Həmin videoçəkilişdə Rövşanə adlı bir qadın rektorun qardaşını azad etmək üçün Elşad Abdullayevlə “bazarlıq söhbəti” edirdi. Rövşanə adam oğurluğu ilə məşğul olan kriminal qrupdan, Hacı Məmmədovdan, biznesmen Arzu Kazımovdan və onun oğlu Zaur Kazımovdan bəhs edirdi. ( “Zerkalo” )
Bu videoçəkiliş KİV-də yayılandan sonra Zaur Kazımovun DİN-dən uzaqlaşdırılması xəbəri yayıldı.
Düzdür, sonradan Zaur Kazımovun atasının vəkili Ramiz Zeynalov bu xəbəri təkzib elədi. (haqqin.az)
Ötən yazımızda “iki nömrə” məsləsinə aydınlıq gətirmişdik. Belə ki, Nərimanov RPİ-nin əməkdaşları qafqaznews.org-a bildirmişdi ki, həqiqətən də 90 – AP-522 dövlət nömrəsi bizə məxsusdur, ancaq kimin istifadə elədiyini bilmirik.71ebc621c0c920c205c18ec8c68c5ec4
17-ci PB-nin növbətçisi polis Əliyev isə müxbirimizə bildirmişdi ki, 10-AP- 057 dövlət nömrəsindən rəis müavini Zaur Kazımov istifadə edir.
Bu gün isə ata-oğul Kazımovlarla bağlı redaksiyamıza yeni məlumatlar daxil olub.
Həmin məlumata keçməzdən öncə keçmişə xırda bir ekskurs eləmək istəyirik.
… Abşeron RPŞ-nin bir əməliyyatçısı danışırdı ki: “ Bir gün Saray qəsəbəsin inzibati ərazisində xidmət edərkən gördüm ki, Lada Vaz- 21099 markalı avtomobilin sürücüsü maşını yolun qırağına çəkib nömrəsini dəyişir. Ona yaxınlaşaraq sənədlərini tələb edəndə o, mənə bildirdi ki, mən Hacı Məmmədovun sürücüsüyəm. Mən ondan soruşanda ki, Hacı Məmmədovun sürücüsü olanda nə olar ki, niyə avtomobilin dövlət nömrəsini dəyişirsən? O, cavab verdi ki, tədbirə gedirik, ona görə nömrəni dəyişirəm. Mən yenə sənədləri tələb edəndə, sürücü DİN-in Baş CAİ-nin o vaxtki baş əməliyyat müvəkkili olan Hacı Məmmədova zəng edərək telefonu mənə uzatdı. Hacı Məmmədov özünü mənə təqdim edəndən sonra sürücüyə mane olmamağı məsləhət bildi. Hətta zarafatla dedi ki, Abşeronda bağlı cinayət işlərini açıb qurtarmısınız ki, gəlib mənim sürücümə ilişirsiniz? Əlbəttə, mən DİN-in baş əməliyyat müvəkkilindən üzr istəyib onun sürücüsünü buraxdım. Amma hansı tədbirə tələsirdilər o vaxtlar, mən onu bilə bilməzdim. Sonradan Hacı Məmmədovun cinayət əməllərini eşidəndə həmin hadisəni xatırladım…”
Bizim “iki nömrə” məsələsinə ciddi yanaşmağımız səbəbi kimisə ittiham eləmək deyildi, cəmiyyətimizin maraqlarından irəli gəlirdi.
Hətta bu məsələyə aydınlıq gətirmək üçün DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin də fikrini öyrənmişdik. O, isə bizə tövsiyyə etmişdi ki, daha vacib məsələlərin araşdırılmasına ehtiyac var, nəinki “iki nömrə” məsələsi…
Biz buna baxmayaraq yuxarıda qeyd etdiyimiz məqaləni yazdıq. Məqalə dərc olunandan sonra 10- AP- 057 nömrəli “Nissan Sentra” avtomobil iki həftəlik yoxa çıxdı.
İndi isə aldığımız son məlumata görə Zaur Kazımovun atası Arzu Kazımov həbsdən azad olunub. Mənbənin verdiyi məlumata görə onun həbsdən azad olunmağı ilə əlaqədar qurbanlıqlar kəsilib qonşulara da paylanıb.
Ancaq Arzu Kazımov həbsdən azad olunandan sonra görünmək istəmir. Mənbənin dediyinə görə yuxarıdan tapşırıq gəlib ki, hələ gözə görsənmə.
Biz insanın azadlığa çıxmasına ancaq sevinən kəslərdənik və arzu edirik ki, Allah bütün dustaqlarımızın qapısını açsın. Amma belə “mərhəmət”dən təkcə ata-oğul Kazımovlara deyil, bütün insanlara pay düşsün.
Birincisi, bizdə olan informasiyaya görə, “Nissan Sentra” markalı avtomobil DİN-də idarə rəisi statusu olanlara verilir. Görəsən bölmə rəisinin müavini nə mühüm vəzifədir ki, ona da DİN-dən xidməti avtomobil “Nissan Sentra” verilib özü də iki nömrə ilə…
Məşədi İbad demişkən, “bir qızın iki adaxlısı var”, yəni bir maşının iki nömrəsi var…
Digər tərəfdən, axı, Zaur Kazımovun adı mətbutda ancaq polis işçisi adına yaraşmayan video, audio yazılarla qalıb.
Bu şəxsin DİN-də hansı xidməti olub ki, belə “mükafatlandırılır”.
Redaksiyadan: Bizə elə gəlir ki, yaxın vaxtlarda Elşad Abdullayev məsələsinə yenidən və daha ciddi qayıdış olacaq.
Bizi izləyin.

Samir Zeynalov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR