Bir avtomobilə iki dövlət nömrəsi..?

Bezy-myanny-j-copy21Bu günlərdə Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) daxil olan məlumatda bildirilirdi ki, Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin rəis müavini Zaur Kazımov öz xidməti maşını “Nissan”ı idarə etmək üçün iki dövlət nömrəsindən istifadə edir: 10-AP-057 və  90-AP-522.

Hazırda fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin YouTube-a yerləşdirdiyi videoçəkiliş yəqin ki, oxucuların yadında olar. Hansıki həmin çəkilişə görə sonradan cinayət işi qaldırıldı.
Həmin videoçəkilişdə Rövşanə adlı bir qadın rektorun qardaşını azad etmək üçün Elşad Abdullayevlə “bazarlıq söhbəti” edirdi. Rövşanə adam oğurluğu ilə məşğul olan kriminal qrupdan, Hacı Məmmədovdan, biznesmen Arzu Kazımovdan və onun oğlu Zaur Kazımovdan bəhs edirdi. ( “Zerkalo” )
Bu videoçəkiliş KİV-də yayılandan sonra Zaur Kazımovun DİN-dən uzaqlaşdırılması xəbəri yayıldı.
Ancaq Zaur Kazımovun atasının vəkili Ramiz Zeynalov bu xəbəri təkzib elədi. (haqqin.az)
Biz Zaur Kazımovla bağlı redaksiyamıza daxil olan məlumatı dəqiqləşdirmək qərarına gəldik.
Nərimanov RPİ-nin əməkdaşları qafqaznews.org-a bildirib ki, həqiqətən də 90 – AP-522 dövlət nömrəsi bizə məxsusdur, ancaq kimin istifadə elədiyini bilmirik.
17-ci PB-nin növbətçisi polis Əliyev isə müxbirimizə bildirib ki, 10-AP- 057 dövlət nömrəsindən rəis müavini Zaur Kazımov istifadə edir.
Biz başladığımız araşdırmanı davam etdirməyə hazırlaşırıq.

Samir Zeynalov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR