Bölmə rəisinin müavininə xidməti avtomobil verilməli deyil …

1398682492_000120 yanvarda saytımızda “Bir avtomobilə iki dövlət nömrəsi..” başlıqlı yazı dərc olunmuşdu. Yazı Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinin rəis müavini, polis mayoru Zaur Kazımovun öz xidməti maşını “Nissan Sentra”nı idarə etmək üçün iki dövlət nömrəsindən ( 10-AP-057 və 90-AP-522 ) istifadə etməsindən bəhs edirdi. Xatırlatma üçün bildirək ki, Zaur Kazımovun adı ölkə mətbuatında daha çox Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru skachanny-e-fajly--300x152Elşad Abdullayevlə bağlı hallanırdı. YouTube-a yerləşdirilən videoçəkiliş yəqin ki, oxucuların yadında olar. Hansıki həmin çəkilişə görə sonradan cinayət işi qaldırıldı. Həmin videoçəkilişdə Rövşanə adlı bir qadın rektorun qardaşını azad etmək üçün Elşad Abdullayevlə “bazarlıq söhbəti” edirdi. Rövşanə adam oğurluğu ilə məşğul olan kriminal qrupdan, Hacı Məmmədovdan, biznesmen Arzu Kazımovdan və onun oğlu Zaur Kazımovdan bəhs edirdi. ( “Zerkalo” ) Bu videoçəkiliş KİV-də yayılandan sonra Zaur Kazımovun DİN-dən uzaqlaşdırılması xəbəri yayıldı. Düzdür, sonradan Zaur Kazımovun atasının vəkili Ramiz Zeynalov bu xəbəri təkzib elədi. (haqqin.az) Biz daxil olan məlumatı dəqiqləşdirmək üçün polis bölməsi ilə əlaqə saxlayanda növbətçi polis Əliyev qafqaznews.org-a bildirmişdi ki, 10-AP- 057 dövlət nömrəsindən rəis müavini Zaur Kazımov istifadə edir.1251373061_elcin_behbudov23 30 yanvarda biz yenidən 17-ci PB-ə müraciət elədik. Adını deməyən növbətçi bizə bildirdi ki, həqiqətən də 90 – AP-522 nömrəli avtomobil PB-nin istifadəsindədir.bdb3aTagi-foto Bu məsələ ilə bağlı hüquq müdafiəçisi Elçin Behbudov qafqaznews.org-a bildirib ki: “ Mövcud qaydalara əsasən bölmə rəisinin müavininə xidməti avtomobil verilmir. Maraqlıdır, hansı əsasla Zaur Kazımova xidməti avtomobil verilib?”. Digər hüquq müdafiəçisi Tağı Hüseynov isə müxbirimizə bildirib ki: “ Nissan çox bahalı avtomobildir və idarə rəisindən aşağı məmurlar üçün nəzərdə tutulmayıb”.

 Samir Zeynalov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR