Britaniya “DQR-in məhkəməsi”ni tanımır

1422446300_7a89e6b6d083c66ba8d8ee558fb886caYanvarın 28-də Böyük Britaniya Xarici İşlər Nazirliyinin dövlət naziri, baronessa Coys Anelay Britaniya hökumətinin qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımadığını bəyan edib. Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, baronessa Anelay bunu lord Con Teylor Kilkluninin parlamentdə ona ünvanladığı suala cavabında bildirib. Lord Kilkluninin sualı yaxınlarının işğal olunmuş Azərbaycan ərazilərindəki məzarlarına baş çəkərkən Ermənistan əsgərləri tərəfindən pusquya salınan və əsir götürülən iki azərbaycanlı mülki şəxsin – Şahbaz Quliyev və Dilqəm Əsgərovun taleyi ilə bağlı olub. Britaniyanın Dağlıq Qarabağdakı separatçı rejimi tanımaması ilə yanaşı, baronessa Anelay həmçinin qeyd edib ki, Britaniya hökuməti sualda qeyd edilən məhkəmə icraatının hüquqi bazasını da tanımır. Nazir Böyük Britaniya hökumətinin iki əsirin taleyi məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsi qarşısında qaldırdığını söyləyib. Qeyd edək ki, Britaniya XİN-in dövlət naziri vəzifəsi nazir müavini statusunda olan vəzifədir. ( APA ) imagesHüquqşünas Erkin Qədirli qafqaznews.org-a bildirib ki: “ Əvvəlcədən də məlum idi ki, Dilqəm Əsgərovla Şahbaz Quliyevin məhkəməsinin hüquqi qüvvəsi olmayacaq. Həm də “DQR” heç kim tərəfindən tanınmayıb. Separatçılar tərəfindən təşkil olunmuş məhkəmə prosesi hüquqi ola bilməz. Bundan başqa məhkəmə qərarlarının tanınması ilə bağlı Konvensiya var. “DQR” əlbəttə o formata daxil deyil”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR