Erməni əsgərləri etiraz edirlər

скачанные файлы (1)Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki: “ İşğal olunmuş ərazilərdə yerləşən erməni hərbi bölmələrində xəstəliklərlə əlaqədar karantin elan edilib. Havaların kəskin soyuması, dağlıq və ağır iqlim şəraitində işğal olunmuş ərazilərimizdə dislokasiya olunan Ermənistan Silahlı Qüvvələrinin kazarma və postlarının istiliklə təmin olunmaması səbəbindən hərbi hissələrə yeni çağırılmış gənc əsgərlər arasında orta və ağıra dərəcədə pnevmoniya xəstəliyi epidemiya formasında yayılıb. Məlumata görə, xəstəliklərin sayının artması ilə əlaqədar hərbi hissələrdə yerli komandanlıq tərəfindən karantin elan olunub. Bu barədə Ermənistan Silahlı Qüvvələrinin hərbi tibb idarəsinin rəisi polkovnik Kamavor Xaçatryanın adına daxil olmuş məruzə-arayışda bildirilir. Sənədə əsasən, hərbi hissələrin Harut adlı hərbi həkimin rəhbərliyi ilə keçirilən təcili tibbi yoxlaması zamanı 800 nəfər şəxsi heyətin 75 faizinin soyuqdəymə və qripə yoluxaraq sıradan çıxdığı məlum olub. Ağır infeksion xəstəlikdən əziyyət çəkən şəxsi heyətin yerləşdirildiyi Xocavənd hərbi hospitalında yer çatışmazlığı səbəbindən orta məktəblərdə dərslərin dayandırılması və binaların lazaret kimi istifadə edilməsi təklif olunur. Məruzə-arayışda müalicə üçün ixtisaslı həkimlərin, lazımi preparatların yoxluğu, bu səbəbdən də əsgər valideynlərinin özlərinin dərmanları alması da qeyd olunur. ( APA ) Hərbi ekspert Üzeyir Cəfərov qafqaznews.org-a bildirib ki, erməni mənbələri özləri də əsgərlərin dərmanlarla və zəruru ərzaqla təminatındakı problemləri etiraf edirlər: “ Ermənistandan göndərilən dərman və ərzaq məhsulları çox vaxt cəbhə xəttinə gəlib çatmır. Ermənilər tərəfindən işğal olunmuş Azərbaycan ərazilərindəki hərbi hissələrdə antisanitariya hökm sürür ki, bu da əsgərlər tərəfindən çoxsaylı etirazlara səbəb olur. Xüsusilə son 10 gündə bu etirazların sayı artıb”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR