İqtisadçı “SalamNews”-un yaydığı məlumata inanmır

azer-mehdiyev27 yanvarda Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirib ki: “ Əmək təqaüdlərinin sığorta hissəsinin indeksləşdiriləməsi avtomatik qaydada həyata keçiriləcək. O, qeyd edib ki: “ 2006-cı ildən tətbiq olunan pensiya-sığorta sistemi bazar iqtisadiyyatı şəraitində vətəndaşların pensiya təminatını ödəmək üçündür. 2007-ci ildən başlayaraq Azərbaycan prezidenti əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün 9 sərəncam imzalayıb”. Onun sözlərinə görə, ötən il həyata keçirilən iqtisadi siyasət səbəbindən Azərbaycanda infilyasiya çox aşağı səviyyədə olub. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq”. (SalamNews) Bunlarla bağlı tanınmış iqtisadçı Azər Mehdiyev bildirib ki: “ Mən inanmıram ki, Dövlət Fondunun sədri belə açıqlama verə bilər. Çünki qanuna əsasən infilyasiyaya uyğun olaraq indeksləşdirmə aparılmalıdır”. Mehdiyevin sözlərinə görə, “ Minimal istehlak zənbili haqqında” Qanuna əsasən ildə bir dəfə infilyasiyaya uyğun olaraq indeksasiya aparılmalıdır. Bunun üçün Azərbaycanda göstərilən 600 xidmət nəzərə alınır”. İqtisadçının fikrincə, təqaüdçülər müxtəlif xidmətlərdən istifadə edirlər:” Onlar əsasən ərzağa və müalicəyə pul xərcləyirlər. Ona görə də təqaüdlərin indeksasiyası məhz istehlak zənbilinə əsaslanmalıdır”.

 

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR