Kardiologiya İnstitutunun həkimi niyə gizlənir?

скачанные файлы (1)Qafqaznews.az saytına müraciət edən Bakı şəhər sakini İbrahim Rzayev bildirib ki, 13 yanvar tarixdə Nərimanov rayonu ərazisində hərəkət edərkən 90- TT — 690 markalı qara rəngli  “Range Rover” avtomobil mənim “Peugeot  406” markalı 90- VD- 528 nömrəli maşınımı vurandan sonra mənə vəd verdi ki, sən polisə şikayət eləmə, mən sənin avtomobilini təmir elətdirəcəm. 1279306
Mən də ona inanaraq heç bir yerə şikayət eləmədim. Avtomobilin sahibi Bağırov Mahir mənə bildirdi ki, avtomobil mənim deyil, qardaşım Zahir Mətləb oğlu Bağırova məxsusdur.
Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Bağırov Mahir bu günədək müxtəlif vədlər verərək, mənə məxus avtomobili təmir elətdirməkdən yayınır.скачанные файлы

Saytımızın müxbiri Araz Məmmədov araşdırma apararaq müəyyən edib ki, Mahir Bağırov Kardiologiya Elmi-Tədqiqat İnstitutunda həkim işləyir. Və Mahir Bağırov əslən Ordubad rayonunun Dırnıs kəndindəndir.
Zərərçəkən saytımız vasitəsilə hüquq-mühafizə orqanlarına müraciət edərək xahiş edir ki, günahkarın tapılması və dəymiş zərərin ödənilməsi üçün ona kömək etsinlər.

Mahmud Rasimoğlu

Qafqaz Xəbər Agentliyi (qafqaznews.az)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR